İran Amerikadan həblərin qaytarılmasını tələb edir

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Rəvançı təxminən 90 il əvvəl Çikaqo (Chicago) Universitetinin Şərq İnstitutu tərəfindən müvəqqəti alınan Əhəmənilər dövründən qalma 30 mindən çox gil həbin böyük qisminin hələ də İrana qaytarılmadığını bildirib

İran 1936-ci ildən bəri Amerika Birləşmiş Ştatlarında (ABŞ) saxlanılan Əhəmənilər (Fars) imperatorluğu dövründən (e.ə. 550-330) qalma həblərin geri qaytarılması üçün ABŞ hökumətinə təkrar müraciət edib.

SİA xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Məcid Taxt Rəvançı təxminən 90 il əvvəl Çikaqo (Chicago) Universitetinin Şərq İnstitutu tərəfindən müvəqqəti alınan Əhəmənilər dövründən qalma 30 mindən çox gil həbin böyük qisminin hələ də İrana qaytarılmadığını bildirərək deyib: “Bu həblər İran mədəniyyəti və tarixinin bir parçasıdır və İran xalqına məxsusdur. ABŞ hər səfərində yeni bir bəhanəylə onları qaytarmağı təxirə salır. Rəsmi Vaşinqtondan antik dövrə aid bu həbləri bəhanəsiz, əskiksiz və salamat şəkildə İran hökumətinə qaytarmasını gözləyirik.”

Qeyd edək ki, Pəhləvi şah zamanı İran hökuməti ilə ABŞ-ın Çikaqo Universitetinin Şərq İnstitutu Əhəmənilər imperatorluğu dövründən qalma 30 mindən çox gil həbin 3 illiyə ABŞ-da araşdırılması üçün müqavilə imzalayıblar. Anlaşmaya əsasən, həblər 1936-cı ildə instituta göndərilib. Çikaqo Universitetinin Şərq İnstitutu əsərləri ən çox 3 il boyu araşdırmalı və sonra İrana qaytarmalıydı. Həblərin bir qismi 1948, 1971 və 2004-cü illərdə İrana qaytarılsa da, böyük hissəsi hələ də institutda saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə