Laçına alternativ, İrəvan–Xankəndi dəhlizi - FOTOLAR

28 il Ermənistan Respublikası“Dağlıq Qarabağ”haqqındayaratdığı mif xaricdən Qarabağa gələn məhdud sayda turistlərə həqiqət kimi sırınırdı. Qarabağın erməni ərazisi kimi tanıdılmasına edilən bu cəhdlər Laçın dəhlizinə sığışmadı.

2017-ci ildən Ermənistanın Göyçə (Sevan) gölündən Kəlbəcər və Xankəndini birləşdirən yeni bir yol inşa edildi. Bu yol qədim Alban Dövlətinin Xaçen knyazlığının mənəvi mərkəzlri olan Gəncəsər və Xudavəng monastırlarına qədər uzanırdı. Yolun böyük hissəsi birinci Qarabağ müharibəsindən sonra ermənilərin xaraba qoyduqları kənd və qəsəbələrdən keçirdi. İnsanda vahimə yaradan bu ərazini ermənilər xarici turistlərə Ermənistanınla Qarabağ arasında “təhlükəsizlikkəməri” kimi təqdim edirdilər. Bu xarabalıqların nədən yarandığı heç kimə izah edilmirdi, heç kim də bu barədə təşkilatçılardan heç nə soruşmurdu. Lakin yol boyu ərazilərdəki memarlıq abidələrinin və istusuyun gözəlliyi insan daxilində baş qaldıran xofu və qorxunu sakitləşdirirdi.

Əslində bu yol Ermənistanın işğal altında saxladığı Xankəndi-Laçın-Gorus-İrəvan dəhlizinin alternativi kimi düşünülmüşdü. Laçın dəhlizi Ermənistanla Qarabağ arasında yeganə quru yol idi. Laçının belə bir strateji ərazidə yerləşməsi onun həm Ermənistan və həm də Azərbaycan üçün əhəmiyyətini ikiqat artırırdı. Belə ki, Laçına nəzarət kimin əlində olsa Qarabağa da o sahib olacaqdı. Məhz buna görədə 1992-ci ilin may ayında Ermənistan Silahlı qüvvələri Laçın rayonunu işğal etməyi bacardı.

Laçının işğalından sonra yəni Birinci Qarabağ müharibəsi dövründə Laçın dəhlizi ermənilərin Qarabağ üzərində qələbəsinə böyük töfə vermişdi. O dövrdə Laçın dəhlizini ermənilər “Qarabağın qida borusu” adlandırırdı çünki Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğalı zamanı istifadə olunan bütün silah və sursatlar Ermənistandan Qarabağa bu yoldan daşınırdı. Təbii ki, ermənilər gələcəkdə Ermənistanla Azərbaycan arasında hansısa bir insidentin baş verəcəyi tədqirdə alternativ bir yolun gərəkliyini düşünərək Xankəndi-Kəlbəcər-Basarkeçər-İrəvan yolunu inşa etdilər. Bu yol eyni zamanda Azərbaycanın işğal altında saxlanan ərazilərindəki təbii resusursların (mis, dəmir, digər mədən filizləri, meşə məmulatları və s.) Ermənistana daşınması üçün də böyük əhəmiyyət daşıyırdı.

Xankəndi-Kəlbəcər-İrəvan yolu Gəncəsr monastrının arxasından keçərək Xaçınçayla Tərtərçay arasındakı yüksəkliyə qədər uzanırdı. Bu ərazi Çar Rusiyası dövründə Azərbaycanın, mərkəzi Şuşa şəhəri olan Yelizavetpol quberniyasının bölgələrindən biri, mərkəzi Tərtər poçt stansiyası olan Cavanşir quberniyasının ərazisi hesab olunurdu. İki çay arasındakı yüksəklikdə işğal dövrü ermənilərin “Ceraberd” adlandırdıqları Su Qalasınınxarabalıqlarını görmək olur. Bu xarabalıqlar içərisində yaşayış evləri. Saray komplekslərinin qalıqları, qalanın mühafizə divarları xüsusi önəm daçıyırdı.

Su Qalasının içərisindən hər iki çayın sahillərinə yeraltı keçidlər öz möhtəşəmliyi ilə bu gün də müşahidə olunmaqdadır. Bu qala XIII-XIV əsrlərdə inşa edildiyi güman edilir. Su Qalasından bir az aralıda (Aterk ərazisi adlanır) 1691-ci ildə inşa edilmiş Üç Gənc Məbədi görünür. Buradan bir az aşağıda Qarabağın içərilərinə doğru uzanan Suqovuşan gölünun sakit dalğaları göz oxşayır. Yolun bu hissəsindən solda görünən inzibati yaşayış mərkəzinin xarabalığı isə ermənilər tərəfindən viran edilən Həsəngiz kəndinin xarabalığıdır.

Bu yolun sağ tərəflərində Gülüstan Qalası qalanın əks tərəfində Talış kəndi kənddən yüksəklikdə isə Murovdağ (Camışdağ) dağ silsiləsi görünür. Murovdağdan şimal qərbdə isə dəniz səviyyəsindən 3724 metr yüksəklikdə olan Qamışlı körpüsü görünür. Qarşı tərəfdən isə Bakı-Gəncə magistral yolundan Murovdağ silsiləsinin daha maraqlı mənzərələri açılır. Murovdağ silsiləsi istiqamətindədar bir vadinin üstündən baxanda oradan Böyük Qafqaz dağları ilə Kiçik Qafqaz dağlarını ayıran Kür vadisisinin ucsuz-bucaqsız mənzərələri açılır.

Ermənilər 1992-ci ildən, 2020-ci ilə qədər işğal altında saxladıqları bu ərazilərin əsrarəngiz təbii sərvətlərini, əhaliyə və dövlətə məxsus əmlakı talamaqla, infrastrukturları dağıtmaqla məşğul olublar. Göz işlədikcə uzanan ərazilər, inzibati yaşayış mərkəzlərinin xarabalıqları, erməni qəddarlığını və vəhşiliyininəyani nümayişi kimi öz mövcudluğunu qoruyub saxlayır.

Xankəndi-Kəlbəcər-Basarkeçər-İrəvan yolu eyni zamanda ermənilərin “Drambon” adlandırdıqları Kəlbəcər rayonunun Heyvalı kəndindən keçir. Ermənilər 2001-ci ildə “Drambon filiz-saflaşdırma zavodu” tikərək 20 il Azərbaycanın mis qızıl mədənlərinin qeyri-qanuni istismar etməklə məşğul olublar. Görkəminə görə yol kənarında yeganə abad tikili bu zavod sayılır. İllərlə buradan100 min tonlarla mis və tonlarlaqızıl ehtiyatları Ermənistana daşınmışdır. Məhz bu yoldanermənilər Azərbaycanın təbii sərvətlərinin Ermənistana daşınması üçün istifadə ediblər. Bu yolla səfər etdikcə ətrafındakı mənzərə tez-tez və nəzərəçarpacaq dərəcədə dəyişir içərisindən keçdiyimizmeşə ilə örtülən Tərtər vadisi dərəyə qədər uzanaraq daralır, ətrafdaarabir yaşayış evlərinin xarabalıqları görünür. Və bu mənzərə uzanaraq möhtəşəm Xudavəng Monastrının yanından ötüb keçir.Xudavəng monastrıbu yoldan təqribən 2 kilometr məsafə uzaqlıqda yerləşir.

Xudavəng monastır kompleksi, Xankəndi-Kəlbəcər magistral yolundakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29-cu kilometrliyində yerləşən qədim alban məbəd kompleksidir. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq suxurlaşmış və kristallaşmış gildən əmələ gəlmişdir.

Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Birinci Qarabağ müharibəsindən sonra Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etməklə tarixi saxtalaşdırmağa çalışırdılar. O dövrdı ermənilər Monastrın ətraf tikintilərini böyük vəhşiliklə uçurub dağıtmaqdan sanki həzz alırdılar.

2000-ci ildən sonra ermənilər bu abidənin formasını dəyişdirməyə, yə erməniləşdirməyə cəhd göstərdilər. Monastrın əsas binasının daxili və xarici interyerində dəyişiklik edərək. Monastrı erməni mədəni irsinin nümunəsi kimi təbliğ etməyə başladılar. İlk əvvəl abidənin ətrafında və qübbəsindəki xaçlar sökülərək yeniləri ilə əvəzləndi. Abidənin daxili interyerindəki rəsmlər və bir çox ornamenlər və divar yazıları dəyişdirildi. Tavanın daxili sürtülərək əzəli görkəmindən məhrum edildi. Daxili tağların və sütunların üzərindən malalar rəsm qarışıq sökülərək tarixə qovuşduruldu.

Azərbaycanın ikinci Qarabağ müharibəsindəki qələbəsindən sonra xristian amilini əsas tutaraq bu abidəyə azərbaycanlılar tərəfindən zərər vurulacağın ıiddia edən Ermənistan Hökumət nümayəndələri buna qədər törətdikləri əməllərin bəlkədə vanalizm aktı olduğunu anlamırlar.

Diqqətlə baxsaq görərik ki, ermənilər tərəfindən divarlara üzlük kimi vurulan bu xaç daşlarının nə bu divarlara nə bu monastra heç bir aidiyyatı yoxdur. Abidə divarlarının bu cür kobud şəkildə üzlənməsi abidənin memarlıq üslubunu pozur və abidənin ümumi görünüşünə xələl gətirir. Bərpa qaydalarına görə bərpa zamanı abidəyə əlavələrin edilməsi və ya abidəyə uyğun olmayan yad materiallardan istifadə edilməsi yolverilməz hesab edilir. Halbuki ermənilər bu qadağalara məhəl qoymayaraq qeyri-insanihərəkətlərə yol veriblər.

Şəkildə göründüyü kimi abidənin üstünün betonlanması isə ümumiyyətlə abidənin bərpasında sement məhlulundan istifadə edilməsi bərpa qaydalarına ziddir. Bu gün YUNESKO-nu, digər beynəlxalq təşkilatları və dünya xristianlarını Qarabağda Azərbaycanın xristian dövrü abidələrinə mümkün ola biləcək “vandalizm aktlarının” qarşısını almağa çağırış edən ermənilər, son 28 il ərzində Qarabağda 50-dən çox xristian dövrü tarix və mədəniyyət abidələrini öz orginal görkəmindən məhrum ediblər. Bu da onu göstərir ki, erməni vandalizminin fəsadları tək İslam dövrü abidələr üzərində deyil eyni zamanda xristian dövrü abidələrində də özünü ciddi şəkildə büruzə verməkdədir. Ermənilərin canfəşanlığı Qarabağda xristian dövrü abidələrin “məhv edilməsinin” qarşısının alınması deyil, həmin abidələrin üzərindən erməni izlərinin silinməsi qorxusundan irələ gəlir ki bu başqa bir söhbətin mövzusudur.

İrəvan–Kəlbəcər–Xankəndi yolu Ağdərə Kəlbəcər ərazilərini birləşdirən el arasında “Qamışlı tuneli” adlandırılan bu yeraltı keçiddən keçir. Bu qaranlıq tunel azərbaycanlıların qara günlərinin şahidi kimi Vüqarla dayanır.

Belə ki, 1993-cü ilin mart ayında bu tuneldən keçmək istəyən Laçın rayonundan olan 300-dən çox qadın, uşaq, qoca Ermənistan Silahlı Qüvvələri tərəfindən bu tuneldə öldürüldü və ya girov götürüldü.

Xankəndi-Kəlbəcər-Basarkeçər-İrəvan yolu boyu sağ və sol tərəflərdə görünən Kəlbəcər rayonunun ermənilər tərəfindən xarabalığa çevrilən kəndlərinin heç birində salamat qalan bir yaşayış evi belə görə bilməzsən.

Bu yoldan bir az aralıda Kəlbəcərin İstisu müalicə və istirahət mərkəzinin ürək ağrıdan mənzərəsi açılır. İstirahət Mərkəzi ermənilər tərəfindən dağıdılaraq yerlə yeksan edilib.

İrəvan – Kəlbəcər – Xankəndi yolu İstisudan Zod qızıl yataqlarını, oradan Basarkeçər dayonunu, oradan da Göyçəgölünü və İrəvanı birləşdirirdi. İkinci Qarabağ müharibəsi zamanı yəni 25 noyabr 2020-ci il Kəlbəcərin azad olunmasından sonra bu yol Azərbaycanın nəzarətinə keçdi.

Faiq İsmayılov
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...