ATMU-da “Boston Modeli” Layihəsi formatında plenar iclas keçirilb

Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi dəstəyi ilə “Boston Modeli” Layihəsi formatında Universitet və Sənaye əməkdaşlığının icrası prosesinin tərkib hissəsi kimi, ilk plenar iclas təşkil olunub. SİA-nın məlumatına görə, ATMU-nun rektoru İlham Mədətov universitet-sənaye əməkdaşlığının tərəflər üçün faydalı olacağını diqqətə çatdırıb və İştirakçılara səmərəli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Plenar İclasda ATMU nümayəndə heyəti ilə yanaşı ölkənin nüfuzlu ali təhsil müəssisələri və sənaye sahələrini təmsil edən rəhbər və nümayəndələri qismində “ASAN” Təlim Mərkəzinin Direktoru Nazənin Hüseynova, “ASAN” Təlim Mərkəzinin Nümayəndəsi Asəf Zeynalov, “Performance Center” şirkəti Biznesin İdarə Edilməsi şöbəsinin müdiri Anar Fətəliyev, ADA Karyera Mərkəzinin Direktoru Gülnar İsmayılova, ADA Tələbə Qəbulu Şöbəsinin Direktoru Günay Ziyadova, ADA Tələbə Qəbulu Şöbəsinin Direktor müavini Aytəkin Hüseynova, Biznes İnstitutunun professoru Tuğraxanım Musayeva, “Renessance Palace” şirkətinin Satış və Marketinq Şöbəsinin Müdiri Qürbət Salmanov iştirak ediblər.

Onlar öz çıxış nitqlərində layihənin icrası ilə bağlı mühüm məlumatların detallı şərhini veriblər.

“Performance Center” şirkətinin “Biznesin İdarə Edilməsi” şöbəsinin müdiri Anar Fətəliyevin “Marka Fəlsəfəsi və Müştərinin Kimliyi”, Biznes İnstitutunun professoru Tuğraxanım Musayevanın və “ASAN” Təlim Mərkəzinin nümayəndəsi Asəf Zeynalovun “İşgüzar Etiket və Protokol Qaydaları” adlı keçirdikləri təlimlər ATMU-nun Menecment və Marketinq ixtisası qruplarında təhsil alan tələbələrin həm təcrübi və nəzəri bilik bazalarının təkmilləşməsinə, həm də sənaye nümayəndələri ilə fikir mübadiləsi aparmasına zəmin yaradıb.

Sonda Universitetin rektoru İlham Mədətov təlim iştirakçılarına ATMU-nun sertifikatlarını təqdim edib.Təhsil və təcrübəni ehtiva edən layihələrin daha geniş miqyasda icrası məqsədilə müzakirələrin təşkilinə dair müvafiq qurumlara göstərişlər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...