Sumqayıtda vətən oğulları anılıb FOTOLAR

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində son günlər cəbhədə vəziyyətin gərginləşməsi və əhalidə vətənpərvərlik ruhunun artırılması ilə əlaqədar olaraq, tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə şair Əşrəf Veysəlli çıxış edib. O, xalqın mübarizə əzminə diqqət çəkərək bildirib ki, Azərbaycan oğulları cəbhədə fədakarkarlıqla döyüşdüyü kimi xalq da döyüşdə şəhid olan qəhrəmanlarını alqış sədaları altında dəfn edib: "Belə birlik, belə mübarizə əzmi tarixdə tək-tək rast gəlinən hadisələrdəndir. Biz verdiyimiz qurbanlar səbəbindən ruhdan düşməməli, hər birimiz intiqam ruhuna köklənməli, torpaqlarımızı geri almağa, şəhid olmağa hazır olmalıyıq".

Tədbir millət vəkili Aqil Abbasın ssenarisi əsasında çəkilmiş "Dolu" filminin nümayişi ilə davam edib.

Qeyd edək ki, tədbirdə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, mədəniyyət işçiləri və şəhər fəalları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...