Xalq şairi təbiəti qorumağa səsləyir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar kitabxanada həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsi çərçivəsində xalq şairi Vahid Əzizin yeni şeiri oxuculara təqdim olunur.

“Bakının göy qurşağı” şeirində şair təbiətin dəyişdiyini, dənizin əvvəlkitək coşub-çağlamadığını, arabir yağış yağsada, göy qurşağının “Qurşaq” bağlamadığını təəssüf hissiylə qələmə alır. Küləklərə “tıxac” yaradan nizamsız tikilən göydələnlərin paytaxtın yerdə simasını, göydə “Göy qurşağını” itirdiyinini, ekoloji balansın pozulduğunu ürək yanğısı ilə oxuculara çatdırır. Müəllif təbiəti, gözəllikləri qorumağın vacibliyini vurğulayır.

VAHİD ƏZİZ

BAKININ “GÖY QURŞAĞI”

Fərqlilik azalır yayla-baharda,
Dəniz də həvəslə coşub-çağlamır,
Bakıdaarabiryağışyağsa da,
Göylərəzəlkitək "Qurşaq" bağlamır.

Dəymirgözləriməqağayılar da,
Yaxında, uzaqdagörünmürdaha,
Sanki səmalardabəyazişıq da
Sınıbyeddirəngəbölünmürdaha.

Eləpozulubki, gözəlgörkəmi
Bəzəntanımıram "hara-haradır?",
Nizamsıztikilən "göydələnləri"
Həttaküləklərə "tıxac" yaradır,

Gözümdəhəsrətim, qəlbimdəyanğı
QaytarınPaytaxtınyaraşığını!
YerdəsimasınıitirənBakı
Göylərdəitirdi "Göyqurşağını".

Bütün xəbərlər Facebook səhifəmizdə