Xarici filmlərin dublyaj problemi haradan qaynaqlanır? - AKTYOR RƏY BİLDİRDİ
Azərbaycanda xarici filmlərin dublyaj edilməsində problemlər var. Kinoteatrlarda bir çox filmləri rus, ingilis, ən yaxşı halda isə türk dilində izləyə bilirik. Bəs ölkəmizdə filmlərin dublyajının edilməməsinin səbəbi nədir? Aktyor çatışmazlığı, yoxsa peşəkarlıq səviyyəsinin aşağı olması?
Mövzu ilə bağlı SİA-ya danışan dublyaj aktyoru Yaşar Kamal bildirib ki, bu aktyor çatışmazlığı, yaxud peşəkarlıq səviyyəsinə görə yaranan problem deyil: “Problem xarici istehsalçı ilə yerli idxalçı tərəfin öhdəliklərinə əsasən tənzimlənə bilər. Xarici istehsalçı filmin yayım hüququnu verir. Filmin başqa dilə dublyaj hüququ ayrıca lisenziya əsasındadır və burada bəlli qiymətlər, öhdəliklər var. Problem buradan qaynaqlanır”.
Aktyorun fikrincə kinoteatrlar dublyaj hüququnu alsa və dublyaj etsə, bu, ona müəyyən bir məbləğə başa gələcək. O zaman gərək ya kinoteatrların bilet satışı qiymətləri artırılsın, ya da bu iş üçün ayrıca dövlət dəstəyi olsun. Hər halda, çox ehtimal ki, bu problemin uyğun bir yolla aradan qaldırılacağı gün uzaqda deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB