“Yanıq Kərəmi çal ağa, bəy havasıdır”

Tam qətiyyətlə və əminliklə demək olar ki, musiqi qədər insanın daxili aləmini zənginləşdirən, duyğulandıran, həyacanlandıran, xəyallara daldıran, xoş ovqat, ruhi rahatlıq yaradan ikinci qüvvə yoxdur. Bəzən sevgimizi musiqi ilə tapırıq, kədərimizi də musiqi sədaları ilə unuduruq. Bəşəri varlıqlar arasında elə bir canlı tapmaq mümkün deyil ki , musiqi duyumu, musiqi sevdalısı olmasın. Cəng meydanlarında əsgəri qüvvələr düşmən üzərinə musiqi çağırışları ilə hayqıraraq yeriyib, uğur və qələbələr qazanıb. Təbiət aləmi də musiqiyə laqeyd deyil. Elə bitki, ağac növləri var ki, musiqi sədaları ilə, pöhrələnir, inkişaf edir, gözlə görünən formada titrəyir, ətrafa xoş ətir yayır. Odur ki, musiqi dünyamızın dünyası, canlı və təbiət aləminin ayrılmaz hissəsi olduğunu söyləmək olar. Tanınmış filosoflar, alimlər musiqinin insan şüuruna və dünya görüşünə böyük təsiri olduğunu söyləyib, şair və yazıçılar əsərlər yazıb, şerlər qoşublar. Elm adamları, tibb mütəxəssisləri musiqi ( əsasən klassik musiqi) sədaları altında elmi tədqiqatlar aparmış və musiqi sayəsində insanların bədən harmoniyasındakı pozğunluqların aradan qaldırıldığını sübuta yetirmişlər.

Tibb elmi təsdiq etmişdir ki, musiqi insan orqanizminə, xüsusilə də əsəb sisteminə olduqca müsbət təsir göstərir. Məhz bundan çıxış edən bəzi dünyaca tanınmış klinkalar insanların müalicəsi zamanı musiqidən bəhrələnirlər. Bir sözlə, musiqi bir möcüzə, Allah tərəfindən canlı aləmə bəxş edilən qeyri-adi qüvvədir. Dünyada yaşayan hər bir xalqın özünəməxsus musiqi mədəniyyəti var. Elə beynəlxalq musiqi festivalları olur ki, orada müxtəlif ölkələrin nümayəndələrinin oxuduqları mahnılar, ifa etdikləri musiqilər onları dinləyən müxtəlif xalqların ruhuna yol tapır, onları əzizləyir, qəlblərinə hakim olub, uzun müddət unudulmayacaq xoş hisslər yardır. Ona görə də, deyilir və yazılır ki, musiqi xalqları birləşdirir və qarşılıqlı anlaşmanı yaradır.

Dünya xalqları arasında Azərbaycan xalqı öz musiqi mədəniyyət ilə seçilən və tanınan xalqdır. Həm də, musiqinin hər növündə və janrında ifaçıları mövcuddur. Hansı ki, bu ifaçılar dünya mədəniyyətinə mühüm töhfələr veriblər və bu ənənə bu gündə davam etməkdədir.

Eyni zamanda mövcud faktlar sübut edir ki, qədim ənənələrə malik Azərbaycan xalqının musiqi yaradıcılığı dövrdən dövrə inkişaf edərək, təkmilləşib və zənginləşib. Hər yaşa görə, hər bir musiqi növünə yanaşma və demək olar ki, bağlılıq olur. Amma bütün hallarda dinlənilən əsas musiqi növü klasisik musiqidir. Muğam millətimizin sərvətidir. Ana beşikdəki, körpəsini muğam üstə yuxuya verir. Əkinçi, bağını bostanını suvaranda, muğam ilə işinə avandlıq gətirməyə çalışır. Yol gedən yolçu muğamla zümzümə etməklə yolunu qısaltmağa çalışır. Dağda, dərədə qoyun-quzu otaran çoban muğam üstdə ahəstə çəkməklə sürüsünə bərəkət qatmağa çalışır. Şənlik quran el-oba əhli muğamla büsatına xeyir gətirməyə çalışır. Bəzən dünyasını dəyişən söz, sənət adamları son mənzilə klassik musiqimizin sərvəti olan muğamla yola salınır. El-oba da milli musiqiyə bağlılıq o dərəcədə möhkəm olur ki, qanlı düşmənlər belə, bir-birini öldürərkən klassik musiqi növündən istifadə edirlər. Törədilən qətliam heç də, düşmənini aşağılamaq, təhqir etmək anlamı yaratmır. Hardasa, “rəğbət edilən düşmən” obrazının yaradılmasına xidmət edir. “Yeddi oğul istərəm” kinofilmində Kələntər dayının fitnə-fəsadı ilə tora salınan Cəlalın öldürülməsi səhnəsində Gərəy bəyin “Yanıq Kərəmi çal ağa, bəy havasıdır” deyə Aşığa göstəriş verməsi və Şəkər bəyin oğlunun güllənərək öldürülməsi buna misal ola bilər.

Bir sözlə, musiqi ucsuz-bucaqsız bir dəryadır. Bu dəryanın içində ünvana getmək, mənzilə çatmaq üçün iz tapmaq mümkünsüzdür. Olsa-olsa, milli musiqi xəzinəsində bir-iki stəkan su içmək olar ki, bu da hər kəsə nəsib olmur. Amma var. Dünəndə olub və bu gündə bu xəzinənin daşıyıcıları Alim Qasımov, Mələkxanım Əyyubov, Elnarə Abdullayeva, Zabit Nəbizadə Miraləm Mirələmov, Abgül Mirzəliyev və digərləri Azərbaycan muğamının təbliğində və təqdimatında əsarəngiz səsləri, möcəzəvi gücləri ilə mühüm rol oynayıblar. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, orta və yaşılı nəsil musiqi xəzinəmizin incisi olan muğamla yatıb, muğamla durduqları halda yetişməkdə olan gənc nəsil bu xəzinə bulağından bəhrələnməyə can atmır. Bəzi yeniyetmələr və gənclər caz, blüz və reqqi, rok ( heavy metal) musiqi, rep və hip-hop, pop və digər musiqi növlərini dinləməyə, oxumağa, ifa etməyə maraq göstərirlər. Bəlkə də bu cür musiqiyə sevgi Avropadan Azərbaycan gənclərinə sirayət edib. Çünki Avropanın küçə və meydanlarında, konsert salonlarında gitara sədaları ilə sakit balladalar, mahnılar oxuyan gənclərə rəğbət və diqqət böyükdür. Araşdırmalarda onu deməyə əsas verir ki, bu gün caz, rok, rep və pop musiqisi dünyada geniş yayılıb və sevilən musiqilərdəndir.

Azərbaycanda isə rok, pop və bu kimi musiqilərə maraq daha çox imkanlı və vəzifəli dədələri ilə Avropanı bir "kruq" vurub, Azərbaycana qayıdan yeniyetmələr və xarici ölkələrdə təhsil almış gənclər arasında müşahidə edilir. Sahibi olduqları bahalı avtomaşınlara əyləşən dədələrinin gül balaları şəhərin küçə və meydanlarını dolaşarkən, maqintofonda yüksək səslə blüz və reqqi, rok, rep və hip-hop musiqilərini səsləndirilər. Dərinə gedib, araşdırma aparsan, bu dədəsinin gül balası anlamadığı musiqiyə qulaq kəsildiyi məlum olar. Sadəcə, yeni dünyanın müasir gənci olduğunu başa düşmədiyi musiqi ilə ətrafdakılara nümayiş etdirməyə çalışır. Guya bu vasitə ilə, hörmət, izzət qazanacaq, dost, tanışı ona “molodes” deyib, şəninə tərif söyləyəcəklər. Belələrinə məsləhət vermək, yol göstərməkdə mümkünsüzdür. Çünki, el məslədir, “Quyuya su tökməklə, quyu sulu olmaz”. Gücümüz ancaq “Allah ağıl versin” deməyə çatır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...