Amerikanın səsi: "Ermənistan müharibəni başladığı tədirdə, Azərbaycan tərəfdə ciddi qüvvələr: Avropa, ABŞ, Türkiyə, ərəb ölkələri və İsrail yer alacaq"
"Amerikanın səsi" xəbər agentliyi Dağlıq Qarabağ münaqişə haqda məqalə dərc edib. Belə ki, məqalədə deyilir ki, Barak Obamanın administrasiyasının Suriyada, İranın nüvə proqramı kimi, eyni zamanda qaz sektorunda problemləri azmış kimi , bundan əlavə nəşr qeyd edir ki, Ağ Evin baş ağrısına daha biri əlavə edilir. Bu da Dağlıq Qarabağ problemidir.
Nəşr bildirir ki, Ermənistan və Azərbaycan arasındakı mövcud vəziyyət və münaqişənin sülh nizamlanması prosesində son zamanlar gərginliklər müşahidə edilməkdədir. Münaqişə tərəflərinin bu yaxınlardakı bəyanatlarından sonra, yaranmış gərginliyin yalnız Bakıya və İrevana təsir etməyəcəyi aydın olub. Hər iki paytaxtda siyasi elitalar hadisələri təzyiqlərlə dəyişməyə tələsmir. Lakin son zamanlar Ermənistan rəsmisinin bəyanatları Bakının maraqlarını və eləcə də Qərbin ümumilikdə xəzər regionundakı energetika və strateji maraqlarını təhlükə altına qoyur.
"Amerikanın səsi" qeyd edir ki, Ermənistanın sərt ifadələri aydındır. Belə ki, ölkədə prezident seçkilərinin vaxtı yaxınlaşır, və prezident Serj Sarkisyanın müxalifətinin hücumlarına bir neçə dəfə məruz qalmış seçicilərin öz tərəfinə çəkməyə çalışır. Lakin Sərkisyanın bu ritorikasının arxasında başqa bir plan ddayana bilər ki, o da olduqca faciəli nəticələrə v gətirib çıxara bilər.
Bu yaxınlarda Ermənistan və Dağlıq Qarabağda misli görünməmiş irimiqyaslı hərbi təlimlər başa çatdı, bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri erməni hərbi komandirləri raketin 300-dən km çox məsafəni qət edə bilən raket variantını hazırlayıblar.
Azərbaycan maraq dairəsindədir
Belə ki, "Amerikanın səsi" qeyd edir ki, təlimlər nəticəsində "şərti rəqibin" hərbi və iqtisadi obyektləri raket zərbələri yerinə yetirilib və guya müharibə başlayarsa, İrevan Azərbaycanın energetika infrastrukturuna hücumun variantını nəzərdən keçirirmiş.
Əgər Azərbaycanın neft-qaz infrastrukturu obyektlərinə hücum variantını ciddi qəbul etsək, onda, görünür Ermənistan belə olduğu halda cəzasız qalmayacaq. Belə ki, Ermənistanın bu variantı Qərbin və Türkiyənin maraqlarına ziddir. Çünki, bu regionların xəzəryanı bölgədə qaza böyük ümidləri var və məhs bu səbəbdən neft qaz hasili sahəsində Bakı ilə sıx əməkdaşlıq edirlər. Nəşr onu da qeyd edir ki, ehtimal edilən bu vəziyyət Ermənistanın əsas müttəfiqi hesab edilən Rusiyanında xeyrinə deyil.
Başqa uzunsürən hərbi münaqişəyə cəlb olmaq və Bakı ilə tamam əlaqələri korlamağa Moskvanın nə istəyi var, nə də bunun üçün imkanı. Əsasəndə nəzərə alsaq ki, bu işdə Azərbaycan tərəfdə ciddi qüvvələr yer alacaq: Avropa, ABŞ, Türkiyə, ərəb ölkələri və İsrail, - deyə nəşr vurğulayır.
Qərbin maraqlarına zidd olan strateji obyektlərə zərbələr həyata keçirərsə, İrəvan avropa liderlərinin sərt reaksiyaları ilə üzləşəcək. Çünki belə olarsa, xarici investisiyalar, millətlərarası şirkətlər, və ilk növbədə neft nəhəngi olan BP, regiona və misilsiz diplomatik, hərbi və kəşfiyyat təcrübəsi olan Böyük Britaniyaya çəkir.
İndi Avropa Birliyi qazın mənbələrinin diversifikasiyasını və "Qaz sənayesindən" asılılığın azalmasını böyük əhəmiyyət göstərir. Qaz kəmərlərinin şəbəkəsi genişlənir, yalnız cənuba və cənubdan şimala deyil, eləcə də, qərbə, həm də sərqdən şimala qaz idxalı mümkündür. Burada sanki, yağışdan sonra əmələ gələn göbələklər kimi, təbii qaz üçün terminallar artır.
Bu strategiya çərçivəsində, Avropa Birliyi Türkiyə vasitəsilə qaz kəməri hansı marşrut üzrə gedəcəyi haqqında Azərbaycanla praktik olaraq razılaşıb, sadəcşrutu müəyyənləşdirmək qalıb. Bu halda Ankara və Bakı Avropa Birliyinin məsələsini yüngülləşdirdi və özlərini Bolqarıstanla sərhədə qədər Azərbaycan qazı üçün yol çəkməyə başladı və TANAP qaz kəmərini tikdi.
Əsasən də İrəvanın Qərbdən maliyyə asılılığını nəzərə alsaq, İrevanın səhv addımları faktiki olaraq, Avropanın enerji təhlükəsizliyinə, ən azı, düşünülməmiş addımdır. Müstəqilliyik illəri ərzində Ermənistan yalnız ABŞ-dan 2 milyard dollardan çox maliyyə-iqtisadi kömək alıb. Nəşr qeyd edir ki, Rusiya Qərbi əvəz etməyə və İrevana belə vəsaiti ayırmağa hazır deyil.
"Amerikanın səsi" nəşri qeyd edir ki, ABŞ-ın tərəfi dəstəkləməsinə heç şübhə yoxdur. Hələ oktyabrın 19-da ABŞ-ın dövlət katibi Hillari Klinton bildirdi ki, Vaşinqton energetika bazarlarının inhisara almasının qarşısının alınması üçün rəqabətin inkişaf etdirməyə davam edəcək.
"Bizim hədəflərimizdən biri rəqabətin dəstəyi və energetika bazarlarında inhisara almanın qarşısının alınmasıdır", – Klinton bildirmişdi.
Bu bəyanatın mahiyyəti ki, ondan ibarətdir ki, Vaşinqton Xəzər regionunda və Azərbaycanda enerji layihələrini tamamilə dəstəkləyəcək. Bu baxımdan, Qərb Avropanın energetika təhlükəsizliyini təmin etmək üçün və Rusiyadan müttəfiqlərin asılılığını zəiflətmək üçün güclü təzyiqi göstərəcək.
Azərbaycanın neftqaz infrastrukturunun obyektlərinə mümkün hücumun daha bir nəticəsiylə qonşu dövlətlərin energetika təhlükəsizliyinin zəifləməsi ola bilər – Gürcüstan və Türkiyə. Gürcüstan, Azərbaycandan qazın hansı ki, çatdırması üçün həyati lazımdır, iki ölkədən biridir, hansında ki, Ermənistanla sərhədlər açılmışdır.
Azərbaycanda neft və qaz infrastrukturuna daha bir hücum ola biləcək vəziyyət qonşu ölkələrin enerji təhlükəsizliyinin zəifləməsi ola bilər. Belə ki, Gürcüstan və Türkiyə. Hansı ki, Gürcüstan üçün Azərbaycandan qaz təchizatı mühüm dərəcədə gərəklidir və əgər Gürcüstanın qaz təchizatı ilə bağlı hər hansı bir problemi yaranarsa, Ermənistan Qara dənizə çıxışı itirə bilər. Belə olduqda isə, Ermənistan çarəsiz vəziyyətdə olacaq. Çünki, belə olduqda, Ermənistanla həmsərhəd olan İran xarici dünya ilə İrevanın kommunikasiyalarında əhəmiyyətli rol oynaya bilməyəcək.
Türkiyənin bu durumda laqeyd qalması mümkün deyil. Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib və bu haqda bu yaxınlarda Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu bildirib.
Yeri gəlmişkən, qeyd edək ki, Suriya münaqişəsindən dolayı Rusiya-Türkiyə münasibətlərinin soyuması kontekstində, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın xeyrinə dəstək verməsi və problemə müdaxiləsində Rusiyanın narazılığını önəmsəməyəcək. Belə ki, rəsmi Ankaranı artıq heç nə saxlaya bilməz-deyə nəşr bildirir.
Sonda Amerika nəşri qeyd edir ki, ümumilikdə dünyada təhlükəsizliyin təminatı məhs Azərbaycandır. O bildirir ki, Azərbaycan infrastrukturuna təhlükə doğura biləcək hər hansı bir vəziyyət, Rusiya, Avropa və ABŞ-ın bu eləcə də, Cənubi Qafqaz ölkələrinə təsir edə bilər. Bu isə bütün bölgə üçün fəlakət ola bilər. Bunun olmaması və hadisələrin faciəi sonluq almaması üçünhər cüy səy lazımdır.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB