Erməni mətbuatının yaydığı məlumata görə, qondarma "DQR prezidenti" Bako Saakyan Şuşa şəhərinin erməni ordusu tərəfindən "azad olunması" münasibəti ilə Şuşada erməni heykəltəraşın sərgisinin açılışında olub və erməni oliqarxlara belə bir sərginin təşkilində göstərdikləri dəstəyə görə minnətdarlıq edib.
Verilən digər məlumatlara görə, qondarma rejim rəhbərliyi Şuşa şəhərində digər infrastruktur layihələrin gerçəkləşməsi üçün də müəyyən təşəbbüslər göstərərək, orada erməni incəsənət mərkəzinin və yeni futbol meydançasının açılışını da həyata keçirib. Məlumatda o da bildirlir ki, tədbirlər planı çərçivəsində görülən bütün işlər əslində Şuşa şəhərini erməni mədəniyyət mərkəzlərindən biri kimi dünya miqyasında tanıtmaq üçün nəzərdə tutulmuş tədbirlər planının bir hissəsini təşkil edir. Burada maraqlı olan hal isə, stadionun tikintisində Ermənistanın hakim Respublika Partiyasından olan deputat, Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanın daha çox aktivlik göstərməsi ilə yanaşı stadionun açılışı mərasiminə Ermənistan rəsmiləri ilə bərabər xarici ölkələrdən gəlmiş erməni diaspor nümayəndələrinin də iştirak etməsidir.
Bəs görəsən aclıq və səfalət içərisində yaşayan Ermənistanın bu cür addımlar atmasının əsl səbəbi nədir? Son günlərdə qondarma Dağlıq Qarabağ Respublikasın adının tez-tez hallanmasının arxasında nə dayanır?
Təbii ki, bu kimi proseslər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan bütün danışıqlar prosesini zərbə altına alaraq, keçirilməsi nəzərdə tutulan görüşlərdən də hansısa bir yeniliyi gözləməyin yalnız və yalnız xəyal ola biləcəyi fikrini formalaşdırır. Digər tərəfdən son dövrlərdə İrəvanın dəstəyi ilə qondarma bir rejim tərəfindən ard-arda Azərbaycanın ərazi bütövlüyünə qarşı sərgilənmiş olan hörmətsizliklər də rəsmi Bakının məsələnin sülh yolu ilə həllinə olan ümüdlərinə mənfi təsir edərək, onu bir qədər də müharibə əhval-ruhiyəsinə kökləmişdir.
Politoloqların fikrincə əslində Ermənistan tərəfinin belə bir addımlar atmasının əsl səbəbi dalana dirənmiş danışıqlar prosesinin yenidən gündəmə gətiriləcəyi təqdirdə Azərbaycan tərəfindən bir çox güzəştlər qoparmaq istəməsi ilə bağlıdır. Belə ki, rəsmi Bakının uzun-uzadı danışıqlar prosesinindən təngə gəldiyini zənn edən Ermənistan və onu daha çox himayə edən Rusiya, prosesin bilərək pozulmasında maraqlı tərəf kimi çıxış edərək, sonradan bu danışıqların normal qaydada getməsi ilə bağlı fon yaratmaqla mövcud problemdən səmərli bir şəkildə faydalanmağa çalışırlar.
Son dövrlərdə işğal altında olan torpaqlar və burada fəaliyyət göstərən qondarma qrum ətrafında baş verən proseslər- ilk öncə Xocalı hava limanının açıla biləcəyi ilə bağlı bilərəkdən yaradılan ajiataj, daha sonar Ermənistan rəsmilərinin ardıcıl olaraq işğal olunmuş Azərbaycan torpaqlarına səfərlər həyata keçirməsi, habelə qondarma Dağlıq Qarbağ Respublikasının tanına biləcəyi ilə bağlı bir sıra sətiraltı mesajlar və bu yöndə atılan addımlar, eləcə də Avropa Parlamentinin bir qrup deputatının yola saldığımmız günlərdə hər hansı bir beynəlxalq qurum tərəfindən tanınmayan, qondarma Dağlıq Qarabağ respublikasına səfər etməsi və s bu kimi faktların ardıcıl və düşünülmüş bir şəkildə baş verməsi də, əslində aysberqin görünməyən tərəfi kimi də xarakterizə edilə bilər.
Maraqlıdır ki, baş verməkdə olan bu kimi proseslərin arxa fonunda isə daha çox Rusiya faktoru özünü göstərməkdədir. Təsadüfi deyil ki, son günlərdə bəzi rusiyalı ekpertlər tərəfindən Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflərin ola biləcəyi və Rusiyanın tərəflər arasında razılaşma əldə olunmasını gözləmədən öz sülhməramlılarını Qarabağda yerləşdirmək imkanı haqqında müəyyən fikirlər formalaşdırılmaqdadır.
Xatırladaq ki, Ermənistan xarici işlər naziri bir həftə öncə rusiyalı həmkarı Sergey Lavrovla Qarabağ münaqişəsinə dair danışıqlar apardıqdan sonra müəyyən irəliləyişin əldə olunduğunu və münaqişə tərəfləri arasında danışıqların dayanmadığını da diqqətə çatdırmışdır. Erməni nazir qondarma Dağlıq Qarabağ rejminin rəhbəri Bako Saakyanla görüşündən sonra da keçirdiyi mətbuat konfrası zamanı, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşün təşkil edilə biləcəyi ilə bağlı açıqlama da vermişdir. Məlumat üçün onu da bildirək ki, mayın 14-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir araya gələcəyi də gözlənilir.
Bəs görəsən regionun hər an savaşa sürüklənə biləcəyini daha aydın bir şəkildə dərk edən Rusiya rəsmiləri sərgilənmiş olduqları bu siyasət ilə nəyə nail olmaq istəyirlər?
Bir çox analitiklərin fikrinə görə əslində Rusiya tərəfindən atılan bu kimi addımların arxasında təbii ki, Azərbyacana qarşı təsir etmə siyasəti dayanır və bu qəbildən olan addımlar birinci dəfə deyil. Rusiya hər vəchlə çalışır ki, Azərbaycanı öz təsir dairəsinə sala bilsin.
Hamıya bəllidir ki, 2012 ci ilin iyun ayında Rusiya prezidenti Vladimir Putin Qazaxıstana rəsmi səfəri zamanı özünün Avrasiya İttifaqı ideyasını reallaşdırmaq niyyətinin ciddi olduğunu göstərmişdir. Digər tərəfdən bizlərə o da bəllidir ki, yaradılması nəzərdə tutulan bu ittifaqın ən tez halda 2015-ci ildə fəaliyyətə başladılması nəzərdə tutulmuşdur. Baş verən bütün proseslər isə onu göstərir ki, plana uyğun bir şəkildə hərəkət edən Rusiya, lazımi təsir mexanizmlərdən istifadə edərək hər vəchlə çalışır və çalışacaq ki, o qarşıya qoymuş olduğu məqsədinə nail olsun.
Məhz bunun nəticəsidir ki, Kazan görüşündən hələ öncə Azərbaycana qarşı başladılan təzyiqlərin sayı günü-gündən yüksələn xətlə davam edir.
Təsadüfi deyildir ki, Rusiyanın bir sıra hərbi-siyasi dairələri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində aparılan danışıqların nəticəsiz qalacağı halda Azərbaycanın hərbi yola əl ata biləcəyini nəzərə alaraq Azərbaycan tərəfinə ünvanlamış olduqları bəzi mesajlar da bu təzyiqlərin ən pik həddə olduğunun siqnalı kimi yadda qalmışdır.
Son zamanlarada Ermənistanın kütləvi şəkildə açıqdan-açığa silahlandırılması və burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Akademiyasının açılması, habelə Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqla bağlı atılması nəzərdə tutulan addımlar, başqa bir tərəfdən istər "Qafqaz 2012" kod adı altında keçirilən, istərsə də elə bu yaxınlarda- martın 29-na keçən gecə saat 4-də Rusiya prezidenti Vladimir Putinin öz xidməti təyyarəsindən müdafiə nazirinə təcili əmr göndərərək Qara dəniz regionu boyu silahlı qüvvələrin hərbi manevrlərini başladılması ilə bağlı vermiş olduğu tapşırıq, bizlərə Rusiyanın, Cənubi Qafqaz regionunda öz nüfuz dairəsini yenidən bərpa etməyə çalışdığını açıq dil ilə söyləməyə imkan verir.
Buraya Rusiyanın hələ 2012 ilin mart ayında Dağıstanın Azərbaycanla sərhəd bölgələrinə müəmmalı şəkildə qoşun cəmləşdirməyə başlaması və Xəzər ekvatoriasına hərbi gəmilərin cəlb edilməsi və sair faktları da daxil edə bilərik. Maraqlıdır ki, o zaman "Arqumenti nedeli" həftəliyində yayılmış xəbərə görə, Çeçenistandan Dağıstan ərazisinə 25 minlik hərbi qüvvənin yerdəyişməsi həyata keçirilmişdir ki, hansı ki, bunlar da Rusiya Müdafiə Nazirliyinin və DİN-in nəzdindəki Daxili Qoşunların ağır texnika ilə təchiz edilmiş hərbi birləşmələrindən ibarət olmuşdur.
Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin rəsmi saytındakı məlumata görə, 2013-cü ildə Rusiyanın Xəzər dənizindəki donanmasına 5 döyüş gəmisi və 2 yardımçı gəminin daxil edilməsi və burada bütün gəmilərdə yeni raket sistemlərinin quraşdırılması faktı da əslində Rusiyanın əzələ nümayişi və təhdidi kimi qiymətləndirilməlidir.
Prezident Putinin yola saldığımız mart ayının ikinci on günlüyündə, Ermənistan prezidenti Serj Sərkisyanla eyni gündə, separatçı Abxaziya "prezidenti" Aleksandr Ankvab ilə görüş keçirməsi və bundan bir qədər öncə- 25 fevral 2013 cü il tarixində Rusiyanın "Ria-Novosti" dövlət informasiya agentliyinin internet səhifəsində "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir", başlıqlı məqalənin dərc edilməsi də artıq belə məzmunlu mesajların gələ biləcəyi ehtimalını doğurmaqda idi. Maraqlıdır ki, bu qəbilədn olan mesajlardan biri də "Parlamentskaya qazeta"nın aprel buraxılışında "Konflikt tərəfləri kompromisə hazır deyillər" başlıqlı yazıdakı mövcud "qüsurlar" da fikrimizcə təsadüfdən deyil, məhz siyasi gedişdən aslı olaraq ortaya çıxmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB