Press statement by Commissioner Štefan Füle following his meeting with Hovik Abrahamyan, President of the Armenian National Assembly

Commissioner for Enlargement and European Neighbourhood Policy Štefan Füle met with Mr. Hovik Abrahamyan, President of the Armenian National Assembly in Brussels today.

Broader regional cooperation was also raised, with an emphasis on the fact that good neighbourly relations are of strategic importance for Armenia, in particular as regards Russia. It is in the EU's interest to see good Armenian-Russian relations; they can in turn benefit also from Armenia's partnership with the EU.

Issues concerning the Nagorno-Karabakh settlement process were discussed, including the issue of possible flights to the airport in Nagorno-Karabakh. He also stressed the need for the sides to seek a diplomatic solution to issues relating to this airport and to avoid any actions that could fuel tensions in the region (Brussels, 9 January 2013).

Komissar Fülenin geosiyasət oyunu

Strateji əhəmiyyət daşıyan regionlar və rəqabəti gücləndirən faktorlar geosiyasətdə böyük əhəmiyyət daşıyır. Bu baxımdan bütün digər elmlərdən fərqli olaraq geosiyasətdə dövlətlərin ərazisinin ölçüləri, əhalisinin sayı, iqtisadi göstəricilərindən daha mühüm onun yerləşdiyi regiondur. Eyni zamanda siyasi, dini, mədəni, tarixi faktorlar da regionda rəqabəti gücləndirirlər.

Bu baxımdan ərazisinə görə çox da böyük olmayan Azərbaycanın yerləşdiyi region hər iki aspektdən olan yanaşmaya görə xüsusi fərqləndirilməlidir. Birincisi, Qafqaz regionu Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşməklə təbii keçid rolunu oynayır. Tarixən bu bölgə ticarət yollarının üzərində yerləşmişdir və məhz strateji mövqeyinə görə bütün imperiyaların hədəf nöqtəsi olmuşdur.

Digər bir tərəfdən Qafqaz müxtəlif sivilizasiyaların, dinlərin və mədəniyyətlərin qarşılaşdığı məkandır. Tarixən burada Şərq dəyərləri ilə Qərb dəyərləri, islamla xristianlıq, dinlə dünyəvilik bərabər mövcud olmuşlar. Bəzən bu fərqli cərəyanların davamçıları vuruşmuş, bəzən isə birgə yaşamışlar. Bütün bu fərqliliklər regionun zənginliyi olmaqla bərabər, zaman-zaman xarici müdaxiləçilər və onların regionda əlaltılarının fitnələri sayəsində bölgənin baş ağrısına çevrilmişdir.

Müasir geosiyasi reallıqda böyük güclərin maraqlarının toqquşması baxımından Avrasiya məkanında Qafqazı Balkanlar, Mərkəzi Asiya, Yaxın Şərq regionları ilə müqayisə etmək olar. Əsrlərdir ki, bu bölgələrdə dövrün böyük güclərinin toqquşan maraqları sülh və sabitliyə mane olur. Eyni zamanda dini müxtəliflik və müvafiq olaraq dini təəssübkeşlik Balkanlarda, Yaxın Şərqdə və Qafqazda münaqişələrin daim isti qalmasına səbəb olur. Dini təəssübkeşlik böyük güclərin əlində siyasi alət olduğundan beynəlxalq hüquqda ədalət anlayışına tərs mütənasiblik yaradır. Azərbaycanın yerləşdiyi Qafqaz regionunda bu geosiyasi faktorlar özünü daha açıq göstərir.

Hazırda Qafqazın yalnız cənubunda suveren dövlətlər mövcuddur. Region və dünya üçün xüsusi əhəmiyyət kəsb edən bölgədə Azərbaycan, Ermənistan və Gürcüstanın hər biri özünəməxsus siyasət həyata keçirir. Bu dövlətlərin keçən 20 il müstəqillik dövründə fərqli siyasi kurs davamçıları olduğu görünür. Azərbaycan müstəqil xarici siyasət həyata keçirir, bütün tərəfdaşları ilə qarşılıqlı hörmət və maraqlara əsaslanan əməkdaşlıq həyata keçirir. Enerji sahəsində etibarlı tərəfdaşdır. Ölkədə aparılan uğurlu daxili və xarici siyasət respublikanın beynəlxalq nüfuzunu qaldırmışdır. Azərbaycanın BMT TŞ-da təmsil olunmasaı ilə bütün bunlar yekun ifadəsini tapır. Gürcüstanın siyasəti haqqında son zaman baş verən tərəddüdlər qəti fikir bildirməyə mane olsa da, ümumilikdə Avrointeqrasiya əsas prioritet elan olunmuşdur. Ermənistanı isə ümumilikdə müstəqil dövlət kateqoriyasına aid etmək düzgün deyil. Müxtəlif xarici qüvvələrin forpostu olan Ermənistan regionda sabitliyi pozmaq üçün vasitədir.

Tarixən də bu 3 dövlət beynəlxalq arenada fərqli imiclərlə tanınmışdır. Azərbaycan ənənəvi olaraq Türkiyə ilə, Gürcüstan Almaniya və ABŞ-la yaxın münasibətlərdə olmuşdur. Ermənistan isə hər zaman "tut deyənin iti", "qaç deyənin dovşanı" olmuşdur. Cəmi 150-170 il əvvəl Çar Rusiyasının himayəsi ilə regiona köçürülən və dövlət yaradan ermənilər hər zaman böyük qardaşlarına sığınmışlar. İndi də Ermənistanın bütün strateji iqtisadi obyektləri Rusiya müəssisələrinin əlindədir. Ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın diktəsi ilə oturub-durur, hər il milyonlarla dollar həcmində pulsuz silah alırlar. Ermənistan siyasi, iqtisadi, hərbi, hətta mədəni cəhətdən Rusiyadan asılıdır. Bu parametrlər üzrə müstəqil dövlətə məxsus kriteriyalara sahib deyil. Ölkənin nəinki milli təhlükəsizliyi, birbaşa olaraq suverenliyi də öz əlində deyil. Bütün bunlardan əlavə Ermənistan zaman-zaman Fransanın, ABŞ-ın, hətta İranın da qoltuğunun altından keçir. Kimin yanında olduqları belə bilinmir.

Lakin maraqlıdır ki, beynəlxalq arenada bir-birinə rəqib olan bütün bu qüvvələr Ermənistanın bu sürüşkənliyindən heç də narahat deyillər. Hətta daha da irəli gedərək Azərbaycan torpaqlarının uzun illərdir ki, Ermənistan tərəfindən işğalına göz yumurlar. Əzəli Azərbaycan torpaqları Dağlıq Qarabağla bağlı status-kvo dəyişmir. Azərbaycan və beynəlxalq ictimaiyyət bu vəziyyətin dəyişməli olduğunu bildirir. Lakin ikili standartlarla qarşılaşırıq. Bir tərəfdən mövcud status-kvonun dözülməz olduğunu bildirən tərəflər, digər tərəfdən münaqişənin ədalətli həlli üçün heç bir əməli addım atmırlar. Əksinə bəzən işğalçıya, işğaldan əziyyət çəkəndən daha üstün mövqe sərgiləyirlər.

Status-kvonun dəyişməsinin münaqişənin ədalətli həllinə aparacağını gözlədiyimiz bir halda, ermənilər mövcud vəziyyəti Xankəndi aeroportuna qanunsuz təyyarə reysi təşkil etməklə dəyişməyə çalışırlar. Azərbaycanın hava məkanı pozulduğu halda, öz suveren hüquqlarından istifadə etməklə bağlı bəyanatlarına isə müxtəlif dairələrdən təzyiqlər gəlir. Halbuki Azərbaycanın müstəqilliyini tanıyan Minsk Qrupu həmsədrləri, eləcə də digər Qərb dövlətləri açıq-aşkar, konkret mövqe bildirmədilər. Azərbaycanın üzv olduğu Beynəlxalq Mülki Aviasiya Təşkilatı da beynəlxalq hüquq normalarının aliliyini qorumaq üçün konkret ölçü götürməlidir. Bütün bunlar münaqişəyə yanaşmada ikili standartlar mühitinin təzahürləridir.

Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin bu yaxınlarda Ermənistan Parlamentinin sədri Hovik Abrahamyanla görüşündə səsləndirdiyi fikirləri də bu aspektdən qiymətləndirmək olar. Cənab Füle Xankəndi aeroportuna mümkün uçuşlarla bağlı konkret mövqe bildirməkdən çəkinir və tərəfləri regionda münasibətləri daha da kəskinləşdirəcək addımlar atmamağa çağırır. Maraqlı yanaşmadır, hansı addımlardan söhbət gedir. Ermənistan Parlamentinin sədrinə beynəlxalq hüquq normalarını nəinki başa salmağa, heç xatırlatmağa da cəsarət etməyən cənab komissarın fəaliyyətinin hansı hüquq prinsiplərinə əsaslandığı məlum deyil.

Axı bu məsələdə heç bir mübahisəli məqam yoxdur. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş ərazilərində hava məkanının pozulması yolverilməzdir. Əvəzində beynəlxalq hüququn ən ali qanununu dilinə gətirməkdən qorxan cənab Füle Ermənistan-Rusiya qonşuluq münasibətlərinin yaxşı olmasının Avropa İttifaqı üçün əhəmiyyətindən bəs edir. Zahirən normal qəbul edilən bu fikrin nə qədər ziddiyyətli olması, deyəsən, cənab Füle üçün heç bir əhəmiyyət daşımır. Birincisi, coğrafi baxımdan Rusiya ilə Ermənistan birbaşa sərhədə malik deyil. Belə olan halda bu qonşuluğun Aİ ilə əməkdaşlıqda faydası anlaşılmaz görünür. Yaxud ola bilsin cənab Füle Gürcüstanı artıq müstəqil hesab etmir və ya məktəbdə coğrafiya dərslərində iştirak etməyib.

İkincisi, Ermənistan-Rusiya münasibətlərinin daha da yaxşılaşdırılması deyəndə nə nəzərdə tutulur? Bu iki dövlətin münasibətləri bütün dünyaya məlumdur. Bundan daha yaxşı münasibət yalnız bir dövlətin tərkibində yaşamaqla ola bilər. Ola bilər cənab Füle bunu nəzərdə tutur. Ştefan Fülenin Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı olduğunu nəzərə alsaq, onun fikirləri düşünməyə vadar edir. Əhsən, belə geosiyasi yanaşmaya.

Newtimes.az

Bütün xəbərlər Facebook səhifəmizdə