Ermənistanda 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıq əsnasında xalq içərisində etibarını itirən Respublika partiyası və Serj Sarkisyan yeni çıxış yolları axtarmağa başlayıblar. Ölkədəki böhran içərisində olan iqtisadiyyat və eləcə də hakimiyyətin ən azından müəyyən qədər müsbət cəhətdən xarakterizə edə biləcək hər hansı göstəricilərin olmaması Sarkisyanı, həmçinin təmsil etdiyi partiyanın gələcək taleyinin heç də ürəkaçan olmayacağından xəbər verir.
Boğazdan yuxarı populist çıxışlar
Bütün bunları yaxşı dərk edən Serj Sarkisyan prezident seçkilərinə qədər xalqın fikirlərini sosial, iqtisadi, dövlətin yarıtmaz siyasətindən yayındırmaq məqsədilə daha çox ölkənin daxili auditoriyasına hesablanmış çağırışlar etməyə, düşmənə qarşı mübarizəyə səsləməyə, daha populist çıxışlar etməyə başlayıb. Çünki ölkəyə rəhbərlik etdiyi illər ərzində nəinki özünün ən vacib və başlıca öhdəliyini yerinə yetirə, vətəndaşları üçün layiqli həyat şəraiti yarada bilməyib, əksinə xalqı və ölkəni siyasi, sosial, iqtisadi tərəfdən böhrana yuvarladıb.
Hər il Ermənistandan 30 mindən artıq insan xaricə üz tutur. Bu gün Ermənistanın dövlət büdcəsinin kəsiri 400 milyon dollardan artıqdır. Yaranan çətin iqtisadi vəziyyətdən istifadə edən "siyasətçilər" seçiciləri pul müqabilində öz səslərini satmağa sövq edir.
İqtisadi böhran böyük şirkətləri sıradan çıxarır
Ölkədəki iqtisadi böhrandan nəsibi alanlardan biri də Ermənistanın "Armavia" milli aviaşirkətidir. Şirkət borc batağının içərisindədir və işçilərinin maaşını ödəyə bilmir. İrəvanın "Zvartnots" beynəlxalq hava limanı "Armavia" milli aviaşirkətinin uçuşlarını yerinə yetirməkdən imtina edib. "Zvartnots" hava limandan bildirib ki, aviaşirkətin hava limanına 3,36 milyon dollar borcu var.
"Armavia"nın hissələrinin böyük hissəsini əlində cəmləşdirən biznesmen Mixail Bağdaşarov sentyabr ayında bildirib ki, aviaşirkət böhran vəziyyətindədir və satışa çıxarılacaq.
Erməni diasporu öz gücünü və nüfuzunu itirir
Erməni Milli Xeyriyyə Birliyinin sədri Berc Sedrakyan Erməni diasporunun öz gücünü, birliyini və nüfuzunu itirmək təhlükəsi ilə üzləşdiyini bəyan edib. Sedrakyanın sözlərinə görə, 1 milyon erməninin yaşadığı ABŞ-da erməni diasporunun yalnız 10 minə yaxın üzvü Ermənistana yardım kampaniyası çərçivəsində təşkil edilən tədbirlərdə fəal iştirak edirlər. Fəaliyyətlər əsnasında diaspor illik 10-12 milyon dollar ancaq yığa bilir, bu isə çox azdır.
B. Sedrakyan fikrincə, yığılan məbləğlərin aşağı olması ABŞ və Avropadakı erməni lobbisinin getdikcə nüfuzdan düşməsi və zəifləməsindən xəbər verir.
Çıxış yolunu AİHM-ə müraciət etməkdə görürlər
Ermənistan Konstitusiya məhkəməsinin üzvü Feliks Tokiyan etiraf edirdi ki, Ermənistanda məhkəmələrin müstəqilliyindən əsər-əlamət yoxdur. Ümumiyyətlə, ölkədə ədalət çatışmazlığı hökm sürür. Buna görə də insanlar öz haqlarını müdafiə etmək üçün çıxış yolunu Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət etməkdə görürlər.
Qeyd edək ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) araşdırmasının nəticələrinə görə, Ermənistan vətəndaşlarının əksəriyyəti ən korrupsiyalaşmış institut kimi prokurorluq, sonra məhkəmələr, Mərkəzi Seçki Komissiyası, hüquq-mühafizə orqanlarını göstəriblər.
"Haykakan Jamanak" qəzetinin yazdığı xəbərə görə, oktyabr ayında Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistan əleyhinə iki təzminat qərarı verib. Bu iki qərarın nəticəsinə görə, Ermənistan hökuməti məhkəmələrinin səhv qərarlarının nəticəsi olaraq 131.500 dollar daha təzminat ödəyəcək.
"Keçdiyimiz günlərdə 2007-ci ildən bu yana AİHM Ermənistandan edilən müraciətləri araşdırdığını, hökumətin AİHM tərəfindən verilən qərarlar nəticəsində 266.500 avro ödəmək məcburiyyətində olduğunu yazmışdıq. Bu gün artıq bu rəqəm 398.000 avroya yüksəldi" deyə qəzet bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB