Rusiyanın prezidenti Vladimir Putin 1997-1998-ci illərdə, Boris Yeltsinin prezidentliyi dövründə onun administrasiyasına rəhbərlik etmiş Valentin Yumaşevlə Anatoli Çubaysın təşəbbüsü sayəsində tanış olub. SİA xəbər veri ki, bu barədə Rusiyanın ura.ru. saytı Yeltsinin yeznəsinin BBC-yə verdiyi müsahibəsinə istinadən yazır.
“Yeltsinin hakimiyyəti zamanı hökumət başçısının müavini Anatoli Çubays mənə danışıb ki, güclü idarəçi tanıyır və ondan yaxşı müavin çıxar. O, məni Vladimir Putinlə tanış etdi və biz bir yerə işləməyə başladıq”, deyən Yumaşevə görə, o dərhal Putinin parlaq işini gördü.
Prezident administrasiyasının sabiq rəhbəri əlavə edib ki, Yeltsin özününü davamçısı olaraq bir neçə nəfəri nəzərdə tutmuşdu, o cümlədən, 1998-ci ildə RF hökumətinin sədr müavini Boris Nemtsovu, 1998-99-cu illərdəki DİN rəhbəri Sergey Stepaşini və 1997-2002-ci illərdə nəqliyyat naziri olmuş Nikolay Aksanenkonu. O, qeyd edib ki, Yeltsin ondan Putin haqqında nə düşündüyünü soruşub və o da Putinin potensial davamçı olduğu cavabını verib.
Qeyd olunur ki, bu Yumaşevin mövzu ətrafında verdiyi birinci müsahibəsi deyil. Belə ki, noyabrın sonunda o, Yekaterinburqda etdiyi çıxışında bildirib ki, Putin prezident olmağına iki il qalmış Kremldən getmək istəyirdi. O, prezident administrasiyası rəhbərinin müavini təyin edilərkən bu barədə düşünmüşdü. Yeltsinin yeznəsi Putinin nə zaman prezidentlik postunu tərk edəcəyi barədə də xəbərdar olduğunu bildirsə də, həmin zamanı açıqlamayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB