Əfqanıstanın Host vilayətində quraşdırılmış minanın partlaması nəticəsində uşaqlar da daxil olmaqla 10 mülki vətəndaş həlak olub. SİA xəbər verir ki, bu barədə Əfqanıstanın 1TV telekanalı ölkənin daxili işlər nazirinin təmsilçisi Nüsrət Rəhiminin dediklərinə istinadən məlumat yayıb. Vilayətin Əlişir rayonunda baş verən partlayış nəticəsində ölənlərin arasında 3 uşağın və iki qadının da olduğun bildirilir.

Qeyd olunur ki, insanlar Loqar vilayətinə dəfn mərasiminə gedərkən, mindikləri avtomobil minaya düşüb.

DİN rəsmini baş verən olayı “Taliban” qruplaşmasının üzərinə yıxıb və qeyd edib ki, daha öncəki bənzər hadisələrdə də bu silahlı qruplaşma terror törədib.

Bütün xəbərlər Facebook səhifəmizdə