ABŞ-ın Texas ştatının səmasında iki helikopter toqquşub

ABŞ-ın Texas ştatının səmasında “Robinson R22” tipli iki helikopter toqquşub.

SİA “Associated Press” agentliyinə istinadən xəbər verir ki, insident nəticəsində iki nəfər ölüb.

Bildirilir ki, hadisə San-Antonio şəhərindən 240 km aralıqda qeydə alınıb. Ölənlərin hər ikisi eyni helikopterdə olub. Digər helikopterdə olan bir nəfər isə xəsarət alıb. Toqquşmasının səbəbləri hələlik məlum deyil. ABŞ-ın Federal Aviasuya İdarəsi insidentin təfərrüatlarını araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə