İran: Türkiyənin narahatlığı başa düşüləndir"

"Suriyanın şimalında təhlükəsizlik bölgəsi ilə bağlı Türkiyənin narahatlığı başa düşüləndir." Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. O, Suriya konfliktinin siyasi proseslə həllinin vacibliyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan “Sülh çeşməsi” əməliyyatı əleyhinə səsləndirilən bəyanatlarla bağlı narahatlığını açıqlamışdı. O, belə açıqlamalardan məyus olduğunu bildirmişdi: “Tehran nüvə silahı məsələsində bütün dünyanı qarşımıza alaraq, onları müdafiə etdiyimizi unudub. İran Prezidenti Həsən Ruhani bunları susdurmalıdır. Biz Soçi razılaşmasını imzalayan ölkələrik. Bu prosesdə olan ölkələr bir-birinə xəyanət edərmi?”

Bütün xəbərlər Facebook səhifəmizdə