Antaliyada turistləri daşıyan avtobus aşıb. Hadisə nəticəsində üçü Rusiya vətəndaşı olmaqla dörd nəfər yaralanıb. SİA-nın verdiyi xəbərə görə, qəza Kəmər-Kumluca avtomobil yolunda baş verib.
Məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Nəqliyyat vasitəsində ümumilikdə 34 nəfər olub.
Qəza yerinə təcili yardım və jandarma dəstələri cəlb edilib. Yaralılar ilk tibbi yardımdan sonra xəstəxanalara göndərilib, zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə