Vladimir Zelenski sabah bütün gününü jurnalistlərə həsr edəcək

Sabah Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə press-marafon keçiriləcək və o, gün boyu jurnalistlərin suallarına cavab verəcək. İnterfax informasiya agentliyi xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, press-marafon yerli vaxtla saat 10:00-da başlayacaq. KİV nümayəndələri, həmçinin “Kyiv Food Market” ərazisində təşkil olunan mətbuat mərkəzində işləyə biləcəklər. Orada tədbirin canlı yayımını izləmək imkanı yaradılacaq.

Press-marafon, eyni zamanda, prezident ofisinin sosial şəbəkələrdəki səhifələrindən də birbaşa yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...