Almaniya Enerji İstehsalı üçün Kömürdən İmtina Edən Ölkələr Alyansına qoşulacaq

Almaniya Enerji İstehsalı üçün Kömürdən İmtina Edən Ölkələr Alyansına qoşulacaq.

SİA xəbər verir ki, bunu Almaniya Ətraf Mühit və Nüvə Təhlükəsizliyi naziri Svenya Şults “Funke” nəşrinə müsahibəsində bildirib.

Almaniyanın bu barədə rəsmi bəyanat bu gün – sentyabrın 22-də Nyu-Yorkda iqlimin qorunması üzrə sammitdə səsləndiriləcək. Nazir deyib ki, əgər Almaniya kimi böyük sənaye ölkəsi kömür və atomdan imtina edərsə və tədricən tamamilə bərpa olunan enerji mənbələrinə istiqamətlənərsə, bu, dünyanın digər regionları üçün güclü siqnal olar.

Qeyd edək ki, Almaniyada Rur vilayətində son kömür yatağı 2018-ci ilin dekabrında bağlanıb. Enerji Hasili üçün Kömürdən İmtina Edən Ölkələr Alyansı isə 2017-ci ilin noyabrında BMT-nin Bonda keçirilən İqlim dəyişikliyi üzrə konfransında yaradılıb. Hazırda Alyansa 30 ölkə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...