Myanmada “donuz qripi” xəstəliyindən 54 nəfər ölüb

Myanmada “donuz qripi” xəstəliyindən ən azı 54 nəfərin öldüyü bildirilir. SİA BBC telekanalının saytına istinadla xəbər verir ki, H1N1 virusu bu ölkənin bütün regionlarına yayılıb.

Myanmanın Səhiyyə və İdman Nazirliyinin təmsilçisi Fyu Fyu Aye bildirib ki, bir ay əvvəl başlayan epidemiyanın ən ciddi fəsadları ölkənin meqapolisi sayılan Yanqonda müşahidə olunur. Onun sözlərinə görə, təkcə bazar ertəsi günü bu şəhərdə “donuz qripi” xəstəliyindən altı nəfər dünyasını dəyişib. Nazirlik rəsmisi əlavə edib ki, Yanqonda 43 nəfər də xəstəxanalarda müalicə olunur.

Nazirliyin yaydığı məlumata görə, 671 potensial virus daşıyıcısından 274-də xəstəliyin ağır əlamətləri aşkar edilib. Qeyd olunub ki, H1N1 virusunun düynada yayıldığı 2009-cu ildən Myanmada “donuz qripi” hər mövsüm ölümlərə səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...