Tramp ABŞ mətbuatını "xalqın düşmənləri" adlandırdı!

ABŞ prezidenti Donald Tramp ölkənin aparıcı KİV-lərini xalqın düşmənləri adlandırıb. Bu barədə Amerika lideri özünün "Twitter"dəki mikrobloqunda yazıb.

"Aparıcı KİV-lər tənqid atəşi altındadır və bütün dünyada korlanmış, saxta kimi onlara nifrət edilir. Onlar iki il ərzində rus sövdələşməsi illüziyasını boğurdular. Bilirdilər ki, bu, sözləşmə deyil. Onlar həqiqətən xalqın düşmənləri və əsl müxalifət partiyalarıdır!", - deyə Tramp yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə