Hindistan Pakistandakı səfirini geri çağırıb

Hindistan Xarici İşlər Nazirliyi ölkənin Pakistandakı səfirini müvəqqəti geri çağırıb. Trend-in məlumatına görə, qərar ötən gün Cammu və Kəşmirdə baş vermiş terror aktı ilə əlaqədardır. Qeyd olunur ki, səfir məsləhətləşmələr üçün qeyri-müəyyən müddətə geri çağırılıb.

Xatırladaq ki, ötən gün Kəşmirdə polis qüvvələrinin konvoyu yolda olarkən törədilmiş partlayış nəticəsində 45 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə