Meksikada partlayış olub ölənlərin sayı 71-ə çatıb

Meksikanın İdalgo ştatında boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. SİA-nın verdiyi məlumata görə, bu barədə İdalqo ştatının qubernatoru Omar Fayad bildirib. Daha əvvəl 66 nəfərin öldüyü, 76 nəfərin isə yaralandığı bildirilirdi.

Qeyd edək ki, partlayış yanvarın 19 icazəsiz qoşulmalara görə yaranan yanacaq sızması səbəbindən baş verib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə