Britaniya "Brexit" üzrə hazırlıqlara başlayıb

Böyük Britaniya hökuməti Avropa İttifaqı ilə yekun saziş imzalanmamış üzvlükdən çıxmaq üçün hazırlıqları sürətləndirsə də, bunun baş verəcəyinə ehtimal azdır. “RİA Novosti” xəbər verir ki, bu barədə Baş nazirin Administrasiyasından məlumat verilib.

Parlamentdə ilkin olaraq "Brexit" səsverməsi dekabrın 11-nə təyin edilsə də, üç gün davam edən müzakirələrdən sonra Baş nazir Tereza Mey sazişin mövcud variantının qəbul edilməsi ehtimalının az olduğunu etiraf edərək səsverməni başqa vaxta təxirə salmışdı. Baş nazir dəftərxanasından səsvermənin 21 yanvar tarixinədək keçiriləcəyi bildirilmişdi.

Bununla yanaşı, dəftərxana nümayəndəsi saziş imzalanmadan üzvlükdən çıxmaq üçün hökumətin bu yaxınlarda 2 milyard funt əlavə vəsait ayıracağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə