ABŞ FETÖ-çunu Türkiyəyə ekstradisiya edib

ABŞ-da həbs edilən FETÖ-çu Saleh Gözəgir Türkiyəyə ekstradisiya edilib. Axar.az xəbər verir ki, FETÖ-nun ABŞ-dakı fondunda işləyən Gözəgir bir azyaşlıya cinsi təcavüz etməkdə ittiham edilib.

Qeyd edək ki, sözügedən şəxs ABŞ-ın Texas Tibb Mərkəzinin nəzdindəki Baylor Tibb Kollecində doktorantura təhsili aldığı zaman Fort Bənd şəhərində (2015-ci il, 14-15 may) həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...