Şahzadənin təyyarəsini ildırım vudru

Britaniya şahzadəsini daşıyan və London-Amsterdam marşrutu üzrə hərəkət edən təyyarəni ildırım vurub. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumatına görə, hadisə nəticəsində təyyarənin göyərtəsinə ziyan dəyib. Təyyarədə şahzadə Harri ilə bərabər həyat yoldaşı Meqan Marklin də olub. Məlumata görə, şahzadənin xanımı Meqan Marklin hamilə olması və hadisə anında stress keçirməsi medianın əsas gündəm mövzusu olub. Lakin rəsmi məlumata görə, ildırım vurması nəticəsində təyyarənin göyərtəsində olan şahzadə və xanımı heç bir zərər görməyib, onlar sağ-salamat təyyarədə eniblər. İlkin məlumatlara görə isə, təyyarənin sol tərəfinə düşən ildırım bir qədər də içəriyə doğru düşsəydi təyyarənin naviqasiya sistemlərini sıradan çıxarıb qəzaya səbəb ola bilərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə