“Soyuz” kosmik gəmisində qəza baş verib

Beynəlxalq Kosmik Stansiyaya uçmalı olan “Soyuz BS-10” raketinin ikinci pillə mühərrikləri startdan sonra sönüb. SİA Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Baykonur kosmodromundakı mənbənin sözlərinə görə, qəza startdan 119 saniyə sonra birinci pillənin yan bloklarının ikinci pillənin mərkəzi blokundan ayrılması zamanı baş verib. Qəza mayakı işə düşüb, kosmik gəmi hissələrə ayrılıb və paraşüt açılıb.

Hazırda ekipaj üzvlərinin – Rusiya kosmonavtı Aleksey Ovçininin və NASA-nın astronavtı Hik Heyqin sağ olduğu və Qazaxıstanda qəza enişi etdikləri bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə