ABŞ Venesuela prezidentinin xanımına sanksiya tətbiq edib

ABŞ Venesuela rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib. “Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Sanksiyalar Venesuelanın 6 vətəndaşı və 3 şirkətinə şamil edilib. Onların ABŞ ərazisində bütün mülkiyyəti dondurulub, eyni zamanda həmin şəxslər və şirkətlərlə maliyyə əməliyyatlarına qadağa qoyulub.

ABŞ-ın "qara siyahısı"na düşənlər arasında Venesuela prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Flores, ölkənin icraçı vitse-prezidenti Delsi Rodriges və müdafiə naziri Vladimir Padrino Lopes də var.

Bütün xəbərlər Facebook səhifəmizdə