Gürcüstanda keçirilən prezident seçkilərində 25 namizəd iştirak edəcək

Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək. SİA-nın məlumatına görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Məlumata əsasən, namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. 25 namizəd arasında namizədliklərini geri götürmək istəyənlər bu barədə oktyabrın 16-dan gec olmayaraq MSK-ya müraciət etməlidirlər. Müddətin başa çatmasından sonra bütün namizədlər seçki bülletenlərinə daxil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə