TDƏŞ-in baş katibi Mövlud Çavuşoğlu ilə görüşüb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. TDƏŞ-in katibliyinin məlumatında deyilir ki, görüşdə təşkilatın fəaliyyəti və məqsədləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Baş katib B.Amreev TDƏŞ-in gələcək fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib, təşkilatın işinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir M.Çavuşoğlu Bağdat Amreevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi seçilməsi münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə