Nil çayında qayıq qəzası olub, 22 məktəbli ölüb

Avqustun 15-də səhər saatlarında Nil çayının Sudandan keçən hissəsində qayıq qəzası nəticəsində 22 məktəbli və bir qadın həlak olub.

AZƏRTAC Sudanın SUNA informasiya agentliyinə istinadla xəbər verir ki, insident Misirlə sərhəddə yerləşən Nil əyalətində baş verib. Faciəyə taxta qayığın mühərrikinin sıradan çıxması səbəb olub. Leysan yağışlarının yaratdığı güclü çay axını qayığı çevirib. Qəza zamanı katerdə 40 məktəblinin olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə