Meşə yanğınları nəticəsində ölənlərin sayı artır

Kaliforniya ərazisində baş verən yanğın nəticəsində ölənlərin sayı 7-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə 6 nəfərin öldüyü 7 nəfərin isə itkin düşdüyü bildirilirdi.

Məlumata görə, yanğın dövlətin tarixində ən böyük masştablı jhesab olunur. belə ki yanğın 114.5 hektar ərazini əhatə edib.

Qeyd olunur ki, yanğının söndürülməsində 4000 mindən çox yanğınsöndürən iştirak edir.

ABŞ-ın Yanğın Milli Yanğına Müdaxilə Mərkəzinin açıqladığı xəbərə görə, ölkədə 15 ştatda 110 meşə yanğını hadisəsi var və yanğınların çoxu ölkənin şimal-qərbində və Alyaska əyalətindədir. Mərkəzin xəbərinə görə, 2018-ci ildə ABŞ-da meşə yanğınlarının sahəsi 23 min kvadrat kilometr təşkil edib, ilin əvvəlindən etibarən yanğınların sayı isə 40 minə çatıb. Kaliforniya ərazisində 9 meşə yanğını hadisəsi baş verir. Havanın küləkli və isti olması yanğınların əhatə dairəsinin genişlənməsi üçün şərait yaradır. Ştatda fövqəladə vəziyyət elan edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə