Maral Akşənər postundan istefa verib

Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər postundan istefa verib. Publika.az xəbər verir ki, bu haqda partiyanın İdarə Heyətinin üzvü Fatih Əryılmaz Tvitter hesabında yazıb.

Akşənər 3 həftə ərzində partiyada növbədənkənar qurultayın keçiriləcəyini və partiya sədrliyinə namizəd olmayacağını bildirib.

Qeyd edək ki, Maral Akşənər iyunun 24-də keçirilən prezident və parlament seçkilərindən sonra partiya üzvləri tərəfindən sərt tənqid olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə