Trampdan etirazçıya şok sözlər: "Ananın yanına get"

ABŞ Prezidenti Donald Tramp Minnesota ştatında mitinqdə çıxışı zamanı vətəndaşlardan biri ona etiraz edib. Axar.az xəbər verir ki, sözügedən şəxs mühafizəçilər tərəfindən zaldan çıxarıldıqdan sonra Ağ Ev rəhbəri onu lağa qoyub.

“Kişi idi, yoxsa qadın? Məndən daha çox bərbərə getməlidir. Anlamıram. Saçını kəsdirməlidir. Ananın yanına get əzizim... Çölə! ”, - deyə dövlət başçısı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə