Putin: "Boinq" təyyarəsini qətiyyən bizim raket vurmayıb

"2014-cü ildə Ukraynanın şərqində qəzaya uğrayan "Boinq" sərnişin təyyarəsini qətiyyən bizim raket vurmayıb." Axar.az xəbər verir ki, Putin təyyarə qəzası ilə bağlı fərqli ehtimalların olduğunu və heç kimin bunları nəzərə almadığını bildirib. Putin beynəlxalq araşdırmaya güvənmədiklərini, Rusiyanın istintaq prosesinə də tam səlahiyyətlə daxil edilmədiyini vurğulayıb.

Xatırladaq ki, Hollandiya və Avstraliya 2014-cü ildə Ukraynanın hava sahəsində Malaziyanın “Boinq MH17” təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyət daşıdığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə