Poroşenko ukraynalı nümayəndələri MDB orqanlarından geri çağırıb

Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalı nümayəndələrin Müstəqil Dövlətlər Birliyinin (MDB) səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr imzaladığını bəyan edib. Bu barədə TASS agentliyi məlumat yayıb. "Bu gün mən Ukrayna nümayəndə heyətinin MDB-nin bütün səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr imzalamışam. Avropa istiqamətində addımladığımızdan bizim orada təmsil olunmağımızın mənası yoxdur", - deyə P.Poroşenko vurğulayıb.

Bir müddət əvvəl P.Poroşenko ölkəsinin MDB-nin əlaqələndirici qurumlarında iştirakını dayandıracağı ilə bağlı açıqlama verib. "Bu MDB-dən çıxmaq anlamına gəlmir, çünki Ukrayna heç vaxt bu quruma daxil oilmayıb", - deyə P.Poroşenko vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...