ABŞ lazer silahı daşıyan ilk gəmini istifadəyə verib

ABŞ-ın Oreqon ştatının Portlend şəhərində “USS Portland” gəmisinin istismara verilməsi ilə bağlı təntənəli mərasim keçirilib. Axar.az xəbər verir ki, sözügedən gəmi LaWS (Lazer Silah Sistemi) sistemi tətbiq ediləcək ilk gəmi kimi tarixə düşüb.

Gəminin Havay adalarında bu ilin yayında keçiriləcək “Rimpac” beynəlxalq hərbi-dəniz təlimlərində iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, lazer silahının ilk sınaqları 2014-cü ildə baş tutub. Həmin vaxt Pentaqon uçan hədəfin lazer silahı ilə vurulmasını sınaqdan keçirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə