Pentaqon sözçüsü: “Türkiyə ilə danışıqlar aparırıq”

S-400 raketdən müdafiə sisteminin NATO standartlarına uyğun olmaması barədə Türkiyə ilə danışıqlar aparırıq.

SİA-nın verdiyi məlumata görə, bunu Pentaqon sözçüsü Dana Vayt bildirib.

Türkiyəyə sanksiya tətbiq olunacağı ilə bağlı iddiaları şərh eədn sözçü deyib:

"Yekun olaraq türklər öz strateji maraqlarına uyğun qərar verəcəklər. Yəni bu prosesin sonunu rəsmi Ankara müəyyən edəcək".

Qeyd edək ki, ABŞ Dövlət Katibliyinin sözçüsü Vess Mitçel Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri alacağı təqdirdə Ankaraya sanksiya tətbiq ediləcəyini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə