Tiflisin məşhur restoranı yanıb

Tiflisin mərkəzində Meydan adlanan ərazidə yerləşən “Maçaxela” restoranında güclü yanğın baş verib. APA-nın məlumatına əsasən, yanğın restoranın dam örtüyündə başlayıb. Restorandakı insanlar təxliyə olunub. Hadisə yerinə 10 yanğınsöndürən maşın və təcili tibbi yardım maşını cəlb olunub.

Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata əsasən, yanğın restoranın spirtli içkilərin saxlanıldığı mansardda baş verib.

Qeyd edək ki, “Maçaxela” restoranı Gürcüstan paytaxtının turistik mərkəzində yerləşir və onun müştəriləri arasında şəhərin əcnəbi qonaqları üstünlük təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə