Ermənistanda etirazçılar hökumət binalarını mühasirəyə alıblar

İrəvanda etiraz askiyasının iştirakçıları hökumət evinin yanında məskunlaşıblar. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hazırki ana qədər polis binanın qarşısında dayanıb.

Belə ki, ötən gün mitinqin lideri, millət vəkili Nikol Paşinyan, hökumətin ilk iclasının aprelin 19-da yeni Baş nazir, sabiq prezident Serj Sarkisyanın sədrliyi ilə keçirilməsinə etiraz olaraq etirazçıları bu iclası pozmağa çağırıb. Onların məqsədi hökümət adamlarının binaya girməsinin qarşısını almaqdır.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 13 aprel tarixinsən etibarən İrəvanda etiraz aksiyaları keçirilməkdədir. Aksiyada iştirak edənlər müntəzəm olaraq mitinq keçirir, küçələri bağlayır, dövlət orqanlarının işinə mane olmağa çalışır.

Qeyd edək ki, aksiya iştirakçıları Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə