Yunanıstanda həbsdə olan 8 FETÖ-çu azadlığa buraxılacaq

Yunanıstanda həbsdə olan 8 FETÖ-çu hərbçi may ayında azadlığa buraxıla bilər. Bu barədə Yunanıstanın Ədliyyə naziri Stavros Kontonis danışıb.

“18 aylıq həbs müddəti başa çatdıqdan sonra azadlığa buraxılmalarına mane olacaq hər hansı bir səbəb yoxdur. Bu müddət mayın ortalarında başa çatır. Türkiyədən hərbçilərin Yunanıstanda mühakimə edilmələri ilə bağlı hər hansı bir tələb irəli sürülməyib”, - nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə