Vladimir Putin seçici səslərinin 76,41 faizini toplayıb

Bülletenlərin 90,02 faizi sayılıb, hazırki prezident Vladimir Putin seçici səslərinin 76,9 faizini toplayıb. TASS agentliyinə istinadla SİA xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Kommunist Partiyasından Pavel Qrudinin 12,05 faiz, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski 5,85 faiz, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak 1,59 faiz, “Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski 0,73 faiz, biznes ombudsmanı Boris Titov isə 0,73 faiz, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin 0,68 faiz, "Rusiya Kommunistləri" Partiyasından Maksim Suraykin 0,65 faiz səs toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə