Ukrayna polisi Saakaşvili tərəfdarlarını həbs edib

Ukrayna polisi Kiyevdə Mixail Saakaşvilinin Yeni Qüvvələr Hərəkatı Partiyasından olan fəalları həbs edib. Axar.az xəbər verir ki, bu barədə informasiya partiyanın Feysbuk səhifəsində yerləşdirilib. Onların Azadlıq Meydanında səhnə quraşdırmaq istədikləri zaman saxlanıldığı vurğulanıb.

Qeyd edək ki, bu gün Yeni Qüvvələr Hərəkatı mitinq keçirməyi planlaşdırırdı. Mitinq bütün Ukrayna ərazisində baş tutmalı idi. Mitinqdə əsas tələb prezident Pyotr Poroşenkonun istefası olacaqdı.

Bütün xəbərlər Facebook səhifəmizdə