Almaniyanın Brandenburq federal torpağında silah-sursatın zərərsizləşdirilməsi zavodunda partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb, daha bir nəfər isə itkin düşmüş sayılır.

İlkin məlumata əsasən, partlayış binalardan birinin bir hissəsini zədələyib.

Müəssisənin ətrafındakı ərazi mühasirəyə alınıb.

"Sueddeutsche Zeitung" qəzetinin verdiyi xəbərə görə, zavodda ən azı bir partlayış baş verib. Onun ardından isə yanğın başlayıb.

Partlayışların təkrarlanmasından ehtiyatlanan xilasdicilər hələlik binaya daxil ola bilmirlər. Zavodun işçiləri iş yerlərini tərk edə biliblər. Yaxınlıqda yerləşən uşaq bağçası da təxliyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə