Tramp Ağ evdə üç prezidentlə görüşəcək

ABŞ Prezidenti Donald Tramp aprelin 3-də Ağ evdə Litva, Latviya və Estoniyanın prezidentləri ilə görüşəcək.

Litva Prezidentinin köməkçisi Neriyus Alyakseyunas BNS-ə bildirib ki, bu ölkənin dövlət başçısı Dalya Qribauskayte ABŞ Prezidenti ilə görüşdə təhlükəsizlik məsələsini və NATO-nun iyulda keçiriləcək zirvə görüşünün gündəliyini müzakirə edəcək. Onun sözlərinə görə, Şimali Atlantika alyansı batalyonlarının və ABŞ qoşunlarının regionda olması, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi Vilnüs üçün əhəmiyyətlidir.

N.Alyakseyunas əlavə edib ki, görüşdə iqtisadi əməkdaşlıq, o cümlədən Litvanın ABŞ-dan sıxılmış təbii qaz idxal etməsi məsələsinin müzakirəsi nəzərdə tutulur. Litva Prezidentinin köməkçisi sonda bildirib ki, ABŞ bu səfərə xüsusi diqqət göstərərək ona yüksək diplomatik status verib və işgüzar səfər deyil, ABŞ və Baltikyanı ölkələrin Zirvə görüşü adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə