Türkmənistanda dolların kursu rekord həddə çatıb

Türkmənistanın qara bazarında dolların kursu rekord həddə çatıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Xronika Türkmənistan” yayıb. Dolların kursu dünən 15,1 manata çatıb. Belə ki, qara bazarda dolların kursu Türkmənistan Mərkəzi Bankının təqdim etdiyi rəsmi kursdan 4 dəfə çox olub. Türkmənistan Mərkəzi Bankında dolların kursu 3,5 manat təşkil edib.

Qeyd edək ki, bundan öncə Türkmənistan xaricə gedən vətəndaşlarının öz kartlarından pul çıxarmasına məhdudiyyət tətbiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...