Suriya məsələsi üzrə müzakirələr Vyanada keçiriləcək

Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsi yanvarın 24-26-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Suriya müxalifətinin müzakirələrdəki təmsilçisi Nair Hariri bildirib.

O, ABŞ-ın Suriyada terrorçu PKK qruplaşması üzvlərindən ibarət “sərhəd təhlükəsizlik qüvvəsi” yaratmasına münasibət bildirib: “ABŞ-ın terrorçu YPG və PYD qüvvələrindən yaratdığı "Suriya Demokratik Gücləri"nin 30 minlik qoşunu Suriyanın dövlət olaraq bölünməsinə yol açacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə