Fransanın cənubunda məktəb avtobusunun qatarla toqquşması nəticəsində həlak olanların sayı artıb. BFMTV telekanalının yaydığı məlumata görə, qəza zamanı yaralanan daha iki nəfər – 11 yaşlı qızlar xəstəxanada ölüb. Bununla da, həlak olanların sayı 6-ya çatıb.

Dünən axşam saatlarında dəmir yolu keçidində baş vermiş qəzada, həmçinin 16 məktəbli yaralanıb. Onların 9-nun vəziyyətinin ağır olduğu bildirilir. Avtobusun sürücüsü yaralanıb, maşinistə xətər toxunmayıb və o, hazırda polis tərəfindən dindirilir.

Məktəbli avtobusu zərbənin təsirindən iki yerə bölünüb. Yuxarı Pireney departamentinin jandarm idarəsi hadisə ilə bağlı təhqiqat aparır. Nəqliyyatda insidentlərin təhqiqi bürosu isə qəzanın texniki tərəflərinin müstəqil şəkildə araşdırılması ilə məşğul olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə