Mərakeşin paytaxtı Rabat şəhərində minlərlə insan mitinqə çıxaraq ABŞ Prezidenti Donald Trampın Qüds şəhərini İsrail paytaxtı kimi tanımasına etiraz bildiriblər. Rabatın mərkəzindəki V Məhəmməd prospekti ilə yürüş edən 50 mindən çox mərakeşli “Qüds bizimdir” şüarını səsləndiriblər. Fələstin və Mərakeş bayraqlarını daşıyan mitinqçilər “İnsanlar azad Fələstin görmək istəyir!” şüarını da səsləndiriblər.

Beynəlxalq İnsan Haqları Günü ilə eyni vaxta təsadüf edən mitinqə qatılanlar ABŞ administrasiyasının qərarına hiddət ifadə edərək, bu qərarı məsuliyyətsiz addım adlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə