"Suriyada İŞİD-ə qarşı misli görünməmiş əməliyyat keçirdik"

Suriyada İŞİD terrorçularına qarşı keçirdiyimiz əməliyyatın finalı misli görünməmiş oldu. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi ordu generalı Sergey Rudskoy deyib.

“Çünki bu əməliyyata daha əvvəl olmadığı qədər rus təyyarəsi cəlb edilmişdi. Təyyarələrimiz hər gün bölgədə manevrlər edir və 250-ə yaxın zərbə endirirdi. Bu əməliyyat zamanı terrorçulara məxsus mövqeləri, silah-sursat anbarlarını və ağır texnikaları məhv etdik”, - Rudskoy bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə