Tbilisidə keçirilən antiterror əməliyyatı nəticəsində bir terrorçu ələ keçirilib. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti antiterror əməliyyatı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, terroristlərin heç biri Gürcüstan vətəndaşı deyil. Açıqlamada deyilir: “Terrorçularla danışıqlara cəhd göstərildi. Lakin onlar xüsusi təyinatlılara qarşı odlu silah və qumbaralardan atəş açdılar. Nəticədə xüsusi təyinatlılardan bir nəfər yaralanıb, onun vəziyyəti stabil ağırdır. Bir terrorçu sağ ələ keçirilib. Digər terrorçuların da ələ keçirilməsi istiqamətində əməliyyat davam edir”.

Qeyd edək ki, noyabrın 22-də gecə saatlarından başlayaraq Tbilisinin İsani-Samqori rayonu ərazisində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən antiterror əməliyyatı keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə